"Çelsi" daha bir oyunçunu göndərdi

20 Avqust 2021 14:33 (UTC+04:00)

“Çelsi” klubu futbolçusu Kenedi ilə müqaviləni yeniləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, braziliyalı cinah oyunçusu ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb. “Çelsi” Kenedini Braziliyanın “Flamenqo” klubuna icarəyə verib. Yarımmüdafiəçi 2021/2022 mövsümünü bu klubda keçirəcək.

Kenedi 2015-ci ildən “Çelsi”dədir. O, müxtəlif vaxtlarda İngiltərədə “Nyukasl”, “Uotford”, İspaniyada “Xetafe” və “Qranada”da icarədə olub.

Ziya Hikmətoğlu