Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quteres hökumətdə liderliyin aydınlaşacağı təqdirdə Talibanla danışmağa hazır olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quteres BMT-nin mənzil qərargahında jurnalistlərə açıqlama verib: "Məqsədlər aydınlaşarsa, danışmağa hazıram".
ABŞ-ın təxliyələri tamamladıqdan və paytaxt Kabildəki Həmid Karzai Beynəlxalq Hava Limanından çəkildikdən sonra BMT-nin hava limanını idarə edə biləcəyinə dair suala cavab verib: "Hava limanını istismar etmək gücümüzün olmadığını düşünürəm. Hava limanında olmağın faydalı olacağı düşünülsə, bütün tərəflərlə əməkdaşlıq edə bilərik. Bu şərtlər daxilində BMT-nin hava limanını istismar etməsi qeyri-realdır".
Quteres eyni zamanda qeyd edib ki, Əfqanıstanda bütün etnik qrupları təmsil edən əhatəli bir hökumət qurulmasını və xüsusilə, qadınların insan hüquqlarına hörmət edilməsini istəyirik.