Tanınmış yaponiyalı aktyor və kinorejissor koronavirusdan ölüb

20 Avqust 2021 05:19 (UTC+04:00)

Yaponiyalı aktyor və kinorejissor Sonni Tiba (əsl adı Siniti Tiba) 82 yaşında koronavirusdan ölüb.

SİA “russian.rt.com” saytına istinadən xəbər verir ki, Tiba 8 avqustdan bəri xəstəxanada müalicə alıb və ona COVID-19 diaqnozu qoyulub.

Aktyor 180-dən çox layihədə iştirak edib. O, daha çox Kventin Tarantinonun “Billi öldür” (Kill Bill”, 2003) filmindəki qılınc ustası Hattori Hanzo və “Forsaj 3” (“Fast and the Furious: Tokyo Drift", 2006) filmlərindəki Kamata əmi rolları ilə tanınıb.

Tiba, eyni zamanda döyüş sənəti ustası idi, onu hərdən “Yaponiyalı Bryus Li” çağırırdılar. O, 1970-ci ildə Yaponiya döyüş sənəti klubunu yaradıb.