Rənglərin həyatımızdakı rolu nədən ibarətdir? - AÇIQLAMA

18 Avqust 2021 16:22 (UTC+04:00)

"Rənglər insan psixologiyasına təsir edən ən əsas vasitələrdən biridir". Bunu SİA-ya açıqlamasında Psixoloq Aytən Ələkbərova deyib.

Psixoloqun sözlərinə görə, rənglər insanın psixikasına birbaşa müsbət və ya mənfi təsirlərini göstərə bilir. Müsbət təsirlərə bunlar aiddir ki, insan rəngdən zövq və enerji alır. Aldığı zövqdən isə getdiyi məkandan aslı olaraq ab-havası və əhvalı dəyişir. Bu əhval sevdiyimiz rəngləri gördükcə daha çox özünü müsbət təsirləri ilə biruzə verir. Mənfi təsirləri isə enejini özünə cəlb edir. Yəni, orqanizmin və psixosomativ olaraq ruhun xəstələnməsinə gətirib çıxarır. İnsanın əsas psixiloji xüsusiyyətini öyrənmək lazımdır. Təbiidir ki, insan psixoloqa müraciət edərkən onun həqiqətən psixoloji durumunda zəiflik demək deyil. Bəzən insanlar özlərini tanımaqdan ötrü də psixoloqa müraciət edirlər. Şəxsin hansı rəngdən uğur qazanacaq və ya hansı rəngi gözləri daha çox qəbul etdiyini öyrənmək üçün psixoloqa müraciət edirlər. Bəzi rənglər var ki, kənardan baxarkən belə o rəngləri pozitiv görürük. Bu rənglərə qırmızı, narıncı, sarı, yaşılın bəzi tonları birbaşa bizim içimizdə sakitlik yaradır. İş baxımından qırmızı rəngi istifadə edən insanlar iş qabiliyyətinin artdığını özündə müşahidə edir. Tənbəlliyin düşməni qırmızı rəngdir. Lakin, eyni zamanda qırmızı rəng aqresiv olmağa yol açır. Narıncı çox aktiv və həyəcan yaradan rəngdir. Buna görə marketlərdə narıncı rəng çox istifadə olunur. İnsan əgər özünü ciddi bir işdə sınamaq istəyirsə, özü üçün rəng seçir. Rəng yalnış seçilən zaman bu şəxsi uğursuzluğa aparacaq. Bəzi rənglər geyimdə yalnış istifadə olunarsa, insanları uzaqlaşdırır. Sadə geyimlər və göy rəng sizin işinizdə uğur qazandıracaq rəngdir. Kişilərdə də tünd göy rəngindən istifadə etmələri məsləhətlidir. İlk olaraq diqqətləri cəlb edəcəklər. Aktiv insanlar daha çox göy rəngindən istifadə edir. Bəzi məqamlarda bu qara ilə əvəzlənir. Marketinq işində özünü sınamaq istəyənlər qırmızı rəndə özlərini sınasınlar. Bu qarşıdakı insana mesaj verəcək ki, axtardığım budur. Yəni, bu işdə mənə çox kömək edəcək. İnsanlara güvən verən rənglərdən biri yaşıl rəngdir. Apteklərdə buna görə yaşıl rəngi daha çoxdur. Yaşıl rəngli dərmanı qəbul etməzdən qabağ insan özündə gümrahlıq hiss edəcəkdir. Rənglər ruhumuza təsir edir".