Dünya üzərində peyvəndlənməyə baxsaq görərik ki, möhkəmləndirici doza və ya təkrar doza anlayışı vardır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, həkim Müşfiq Məmmədli deyib.
Müşfiq Məmmədli bildirib ki, bunlar epidemioloji vəziyyətdən asılı olaraq gücləndirmək üçün möhkəmləndirici doza qəbul olunandır: "Bu baxımdan üçüncü doza vaksinasiyanın həyata keçirilməsində bir narahatçılıq yoxdur. Lakin ölkəmizdə vaksinasiya prosesindən keçməyən və iki dozanı almayan insanların sayı kifayət qədərdir. Vaksinasiya prosesini sürətlə həyata keçirmək lazımdır. Bundan sonra üçüncü doza peyvəndlənmənin icrasına başlaya bilərik. Amma bu müddət ərzində üçüncü doza olmağın əks göstəricisi yoxdur. Vaksinasiya prosesin idarə olunması baxımından 2 doza peyvəndlənmə aparıldıqdan sonra 3 doza peyvəndlənmə həyata keçirilə bilər. Bu, daha məqsədəuyğun hesab edilir".
Deputat eyni zamanda qeyd edib ki, hazırda 3 faza çalışmaları davam edir. Yəni, uşaqların vaksinasiyası ilə bağlı müəyyən araşdırmalar aparılır: "3 faza çalışmaları vaksinlərin insanlara müsbət və mənfi təsirilərinin öyrənilməsi ilə bağlıdır. Bu istiqamətdə tibbi araşdırmaların, tədqiqatların aparılması vacibdir. 3 faza çalışmalarında uşaqlar üzərində qəti bir fikrə gəlinmiş elmi araşdırmaların nəticələrini biz müşahidə etmirik. Bu baxımdan, bir qədər sual yaranır. Bu səbəbdən, Azərbaycanda uşaqlarda vaksinasiya prosesi həyata keçirilmir. Burada hər bir vaksinin əlavə təsirləri ola bilər. Uşaq orqanizmində müəyyən narahatlıqlar yarana bilər. Böyüklərdə artıq 3 faza çalışmalar tamamlanıb. Bu baxımdan, bir qədər gözləməli olacağıq".