Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra, təxliyə əməliyyatlarının aparıldığı Kabul hava limanında insan faciəsi yaşanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən günlərdə ölkəni tərk etmək istəyənlərin havaya qalxmağa hazırlaşan təyyarələrə qalxdıqları və bəzilərinin təyyarələrdən yıxıldığı görülüb. ABŞ Hərbi Hava Qüvvələrinin verdiyi açıqlamada, Hərbi Hava Qüvvələri Xüsusi İstintaq Agentliyinin Kabul Hava Limanından havaya qalxan C-17 Globemaster tipli hərbi yük təyyarəsinin eniş mexanizmində tapılan insan qalıqları ilə bağlı araşdırma başladığı bildirilb. Açıqlamada, qalıqların təyyarənin Qətərdəki Əl -Udeid Hava Bazasına endikdən sonra aşkarlandığı bildirilir.
Digər tərəfdən, bu gün ortaya çıxan və təyyarənin içində çəkilən görüntüdə təyyarənin qanadına yapışan bir əfqanın cansız bədəni sosial medianın gündəmində idi. Evakuasiya əməliyyatlarının aparıldığı Kabul Hava Limanında edilən boşaltma zamanı 7 nəfər həyatını itirib. " Digər tərəfdən, Ağ Evin Milli Təhlükəsizlik Müşaviri Jake Sullivan, Talibanın vətəndaşların Kabul Hava Limanına təhlükəsiz bir şəkildə girə biləcəyinə əminlik verən sözlərinə sadiq qalmalarını gözlədiklərini deyib.