Cəbrayılda daha iki erməni hərbçinin qalıqları aşkar olunub

18 Avqust 2021 05:03 (UTC+04:00)

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha 2 erməni hərbçinin qalıqları aşkar olunub.

SİA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1636 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.