Meşə yanğınları böyüyür FRANSADA

17 Avqust 2021 17:35 (UTC+04:00)

Fransanın Var bölgəsindəki Maures adlanan ərazidə meşə yanğını səbəbindən minlərlə insan təxliyə edilib. SİA xəbər verir ki, ölkənin cənubunda Qonfaron qəsəbəsi yaxınlığında baş verən yanğın, dünən axşam quraqlıq və külək təsiriylə böyüyərək 5 min hektar ərazini əhatə edib.

Rəsmilər tərəfindən verilən açıqlamaya görə, alovlar təxminən 100 evə çatıb. Təxminən 900 yanğınsöndürənin mübarizə apardığı alov səbəbiylə bölgədə yaşayan minlərlə insan təxliyə edilib. Evakuasiya olunanlardan evlərinə qayıtmamaları ciddi şəkildə tələb olunur. Yanğın bölgəsində olanların təhlükəsizliyini təmin etmək və bölgəyə giriş və çıxışlara nəzarət etmək üçün 120 polis bölgəyə cəlb olunub. Bölgədəki bir çox yollar bağlanıb.