Azərbaycan İsrailə öz yardımını təklif edib

17 Avqust 2021 15:03 (UTC+04:00)

Azərbaycan yanğınlarla mübarizə üçün İsrailə kömək etməyi təklif edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Tvitter səhifəsində bildirib. "İsraildəki dağıdıcı yanğınları narahatlıqla izləyirik.

Azərbaycan təcili yardım göstərməyə və lazım gələrsə, ölkəyə yanğınla mübarizədə kömək etməyə hazırdır", - məlumatda qeyd edilib.