Türkiyənin də köməyi ilə xilas oldu

17 Avqust 2021 15:00 (UTC+04:00)

Əfqanıstanda baş verənləri sosial media hesabında paylaşan və kömək istəyən əfqan rejissor Sahra Kərimi ölkəni tərk etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kərimi sosial media hesabında bunları paylaşıb: "Slovakiya Film və Televiziya Akademiyası, Ukrayna Rəhbərliyi və Xarici İşlər Nazirliyi, Türkiyə Səfirliyi, hamısı mənə Kabuldan qaçmağıma kömək etdilər. Məndən başqa 11 nəfəri də xilas etdilər. Mən sağ və salamatam".