Qadınların son 20 ildə qazandıqları havada qaldı

17 Avqust 2021 14:30 (UTC+04:00)

Məşhur yazıçı Xalid Hüseyni əfqan qadınlarının son 20 ildə qazandıqlarının "havada qaldığını" deyib. Əfqanıstanlı-amerikalı yazıçı BBC Radiosunun bugünki proqramına deyib ki: "Son 20 il şübhəsiz ki, səhv addımlar və faciələrlə əhatə olunsa da, Əfqanıstanda irəliləyiş olduğu da doğrudur".

SİA xarici mətbuata istinadən xəbər verir ki, yazıçı qadınların Əfqanıstan parlamentində xidmət edə bilməsi, polis rəisi olmaq və işçi qüvvəsinə qoşulmaq qabiliyyətinin və qızların ölkə daxilində məktəblərə qayıtmasının milyonlarla əfqanın həyatını xeyli yaxşılaşdırmışdı, deyə qeyd edib. "İndi bunların hamısı havadadır və bu qazanclardan birinin uzun müddət davam edib -etməyəcəyi görünəcək", deyə məşhur yazıçı əlavə edib.