Taliban üzvləri keyf eliyir...

17 Avqust 2021 14:10 (UTC+04:00)

Minlərlə insan Talibandan qaçmaq üçün hava limanlarına axın edərək hava limanında izdiham yaradıb. Taliban tez-tez hakimiyyəti sülh yolu ilə ələ keçirəcəklərini vurğulayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Kabulu ələ keçirən Taliban qüvvələrinin ilk hərəkəti əyləncə parkına getmək olub.

Əfqanıstanın paytaxtı Kabildə Taliban üzvlərinin parkdakı əyləncəsi kameralara düşüb. Tampon maşını və karuselə minməkdən zövq alan Taliban üzvlərinin o anları anban qeydə alınıb.