Özbəkistan Prokurorluğu açıqlama verib. Bu açıqlamada Əfqanıstan silahlı qüvvələrinə məxsus 22 hərbi təyyarənin və 24 helikopterin 14-15 avqust tarixlərində Özbəkistanın hava sahəsini pozaraq ölkəyə daxil olduğu bildirilib. Açıqlamada, dünən Hanabad Hava Limanına enmək üçün icazə istəyən 314 Əfqanıstan əsgərinin olduğu 3 Embraer tipli Əfqanıstan təyyarəsinin Termez Hava Limanına yönləndirildiyi bildirilib.
Açıqlamada həmçinin yönləndirilən Əfqanıstan təyyarələrini izləmək üçün havaya qalxan Özbəkistanın Mig-29 təyyarəsinin havada bu təyyarələrdən biri ilə toqquşub və Surhanderya bölgəsinə düşüb. Qeyd edilir ki, son 2 gündə 585 Əfqanıstan əsgərlərinin olduğu təyyarə və vertolyotlar Termez Hava Limanına Özbəkistan tərəfinin icazəsi olmadan enib. Ona görə də hadisə ilə bağlı istintaq hərəkətləri başlayıb.
Özbəkistan Müdafiə Nazirliyi də ölkənin hava sahəsinin pozulması zamanı vurulan təyyarənin iki pilotunun yaralandığını açıqlayıb.