Həyat yoldaşına sevgi dolu sözlər

17 Avqust 2021 11:03 (UTC+04:00)

Ötən bazar günü məşhur sima Aslı Pehlivanların doğum günü idi. SİA xarici mətbuata istinadən xəbər verir ki, o bu günü ailəsi ilə birlikdə qeyd edib.

Turizm mütəxəssisi Bora Pehlivanlar həyat yoldaşı ilə bağlı duyğularını belə ifadə edib: "Həyata nə verdiyimi bilmirəm, amma həyat gözlədiyimdən daha dəyərli olan səni mənə verdi. Sən mənim ən yaxşı hissəmsən, mənim hər şeyimsən".

Ayşən Vəli