16 il Almaniya kansleri və 31 il Bundestaq üzvü olan Angela Merkel 26 sentyabr seçkiləri ilə təqaüdə çıxır. SİA xarici mətbuata istinadən xəbər verir ki, hazırda 25 min avro maaş alan Merkel, təqaüdə çıxanda 15 min avro maaş alacaq. Bütün keçmiş baş nazirlərə olduğu kimi, Merkelə də ofis ayrılacaq. Katiblik yaradılacaq və ofisdə büro nümayəndəsi və iki işçi olacaq. Merkelə sürücü də veriləcək. Bütün bunlardan faydalanıb istifadə etməmək də seçim olaraq təklif ediləcək.