ABŞ Brovn Universiteti və Rod-Aylend Xəstəxanasının alimləri pandemiya zamanı doğulan körpələrin IQ səviyyələrini müqayisə etmək üçün yeni bir araşdırma başladıb. SİA-ya açıqlamasında 672 uşağın iştirak etdiyi bu araşdırmada, pandemiya zamanı doğulan uşaqların normal dövrdə doğulan uşaqlara nisbətən daha aşağı IQ səviyyəsi olduğu ortaya çıxıb.
Pandemiyadan 10 il əvvəl doğulan və pandemiya dövründə doğulan körpələrin IQ səviyyələrini müqayisə edərək elm adamları səviyyələr fərqinin 22 olduğunu üzə çıxarıblar. Pandemiyadan 10 il əvvəl 3 aylıq və 3 yaşlı uşaqların ortalama IQ 100 olduğu halda, pandemiya zamanı doğulan körpələrin orta IQ səviyyəsi cəmi 78 idi. ABŞ-ın Rhode əyalətində yaşayan 672 uşaq Brovn Universitetinin dosenti Dr. Sean Deoni rəhbərlik etdiyi araşdırmalara daxil edilib. Bu iştirakçılardan 188-nin 2020-ci ilin iyulundan sonra, 308-inin 2019 -cu ilin yanvarından əvvəl, 176-nın 2019-cu ilin yanvarından 2020-ci ilin martına qədər doğulduğu bildirilib.
Araşdırma çərçivəsində sosial-iqtisadi imkanları aşağı olan uşaqların IQ səviyyələrinin digərlərindən daha aşağı olduğu, pandemiya səbəbiylə valideynlərin stress və yorğunluğunun uşaqlarda əks olunduğu, bunun da IQ-in aşağı düşməsinə səbəb olduğu bildirilib.