Sonsuzluğun qarşısı necə alına bilər? - GİNEKOLOQ AÇIQLADI

16 Avqust 2021 12:41 (UTC+04:00)

"Sonsuzluq problemlərindən əziyyət çəkən cütlüklərdə problem həm kişilərdə, həm də qadınlarda bərabər şəkildə, bəzən hər iki şəxsdə aşkar edilə bilər. Sonsuzluq problemlərindən əziyyət çəkən cütlərin təxminən 10-15% -ində nə qadın, nə də kişidə heç bir səbəb tapılmır". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, bəzi fərdlərdə və ya bir cəmiyyətdə sonsuzluq problemlərinə səbəb ola biləcək risklərin qarşısını almaq və ya minimuma endirmək üçün bəzi tədbirlər görülə bilər:

- Siqaret, spirt, narkotik kimi zərərli vərdişlərdən qaçın.
- Stresdən uzaq durun
- Sağlam yemək qaydalarına diqqət yetirin, həddindən artıq kilo almayın.
- Qadınların hər il müntəzəm ginekoloji müayinə olması bəzi xəstəliklərin erkən diaqnozu ilə sonsuzluğun qarşısını almaqda kömək edə bilər.
- Cinsi yolla ötürülən bəzi xəstəliklər kişilərdə və qadınlarda sonsuzluq problemlərinə səbəb olur. Bu səbəblə belə xəstəliklərin qarşısını almaq üçün risk yarada biləcək əlaqələrdən qaçınmaq və ya qoruyuculardan istifadə edilməsi vacibdir.
- Risk yarada biləcək əlaqələrdə qoruyucu istifadə edilməli və insanların bu barədə məlumatlandırılması. - Cəmiyyətdə cinsi yolla ötürülən xəstəliklər üçün riskli şəxslər müntəzəm olaraq yoxlanılmalıdır.
- Evlilik, hamiləlik və planlar zamanı yaş faktorunu nəzərdən keçirmək lazımdır, çünki yaş artımı xüsusilə qadınlarda reproduktiv potensialı azaldır.
- Əgər kimyəvi maddələrlə əlaqəli bir iş yerində işləyirsinizsə, bu maddələrlə nəfəs almanın və ya kontaktda olmanın sonsuzluqla əlaqəli olub olmadığını araşdırmaq lazımdır.
- Kişilərdə enməmiş testis və ya varikosel kimi sperma keyfiyyətini azaldacaq xəstəliklərin erkən aşkarlanması və müalicə edilməlidir.

Ayşən Vəli