Putin Türkiyədə həlak olan pilotlardan danışdı

14 Avqust 2021 21:17 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Türkiyədə Be-200 amfibiya təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən rus əsgərlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kreml Sarayından verilən açıqlamada, aşağıdakı ifadələr istifadə edilib:

"Be-200 təyyarəsinin ekipajı türk mütəxəssisləri ilə birlikdə son dərəcə əhəmiyyətli bir humanitar missiyaya qatıldı, insanların həyatını müdafiə etdi, Respublikada genişmiqyaslı yanğınlarla mübarizə apardı. Ən çətin şərtlərdə hərəkət etdilər və vəzifələrini yerinə yetirdilər. Əminəm ki, bu cəsur insanların xatirəsi həm Rusiyada, həm də Türkiyədə əbədi olaraq qorunacaq"