Ərini tüfənglə öldürdü - Dəhşətli hadisə

14 Avqust 2021 17:21 (UTC+04:00)

Türkiyədə Balıkesirin Karesi rayonunda yaşayan 27 yaşlı Rümeysa A. həm fiziki, həm də psixoloji şiddət gördüyünü iddia etdiyi əri Murat A. -nı nasos tüfəngi ilə öldürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük 7 ildir evli olub və onlar arasında mübahisə düşüb.

Fiziki və psixoloji zorakılığa məruz qaldığını iddia edən Rümeysa A., evdəki nasos silahını götürərək Murat A -ya atəş açıb. Qonşularının xəbəri üzərinə bölgəyə polis və sağlamlıq qrupları göndərilib. Gələn sağlamlıq qrupunun nəzarətində Murat A. -nın öldüyü təyin olunub.

Murat A. -nın cansız cəsədi hadisə yerində edilən müayinədən sonra yarılma üçün Bursa Ədli Tibb İnstitutuna göndərilib. Hadisədən sonra qadın polis tərəfindən nəzarətə alınıb.

Cütlüyün 7 və 4 yaşlarında 2 uşağı olduğu bildirilib.

Ayşən Vəli