Meşəlik ərazidə yanğın olub

14 Avqust 2021 14:47 (UTC+04:00)

İzmirin Menderes rayonunda başvermə səbəbi bilinməyən meşə yanğınları baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, söndürmə işlərinə başlanan yanğın 13:30 radələrində Menderesin Küner məhəlləsi yaxınlığındakı meşəlik ərazidə başlayıb.

Bölgədən çıxan tüstünü görənlər aidiyyəti qurumlara xəbər veriblər. Bildiriş üzərinə bölgədə havadan 2, qurudan isə su çiləyiciləri ilə 6 vertolyotla yanğın söndürmə əməliyyatlarına başlanılıb. Yanğın söndürmə işləri davam edir.

Ayşən Vəli