Rusiya xarici işlər naziri Lavrov Əfqanıstanda baş verən hadisələrin Mərkəzi Asiyaya yayılmasından qorxduğunu deyib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda XİN başçısı mətbuata açıqlamasında bildirib: “Bizim əsas narahatlığımız Əfqanıstanda baş verənlərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqlərimizin ərazisi olan Orta Asiya ölkələrinə sıçrama təhlükəsidir. Bildiyiniz kimi, amerikalılar Əfqanıstandan çıxarılan silah-sursatın və qoşunların bu ölkələrin ərazisində yerləşdirilməsi ilə bağlı Orta Asiya ölkələri ilə razılığa gəlməyə çalışdı. Əfqanıstan torpaqlarında sərhədlərarası əməliyyatlar aparmaq məqsədi ilə burada yeni bir qurum yaratmağa çalışmaq müttəfiqlərimizi Amerika siyasətinin qaranti edəcək”.