"Fənərbaxça" nın rəqibi olmaq şansını əldə edib

13 Avqust 2021 16:12 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, pley-off mərhələsində Finlandiyanın "HJK Helsinki" komandası Azərbaycan təmsilçisi "Neftçi"ni qəbul edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi olan bu oyunda "HJK Helsinki" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.

Bundan sonra "HJK Helsinki" "Fənərbaxça"-nın rəqibi olmaq şansını əldə edib.

"Fənərbaxça" ilə "HJK Helsinki" arasında pley-off matçları 19 və 26 avqust tarixlərində keçiriləcək.