Sibel Canın səhnə geyimi çox bəyənildi

13 Avqust 2021 16:12 (UTC+04:00)

Türk müğənni Sibel Can ötən gün pərəstişkarları ilə Harbiyədə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, səhnə geyimi ilə tamaşaçıları heyran qoyub.

Ağ geyinmiş, qu quşuna bənzəyən 51 yaşlı müğənni saç düzümü və makiyajı ilə "20 yaş gəncləşib" şərhini alıb. Təxminən üç saat Harbiye səhnəsində qalan Sibel Can gecədə xüsusi hazırladığı repertuarı ilə tamaşaçılara musiqili ziyafət verib. Səsi və gözəlliyi ilə heyran qoyan Sibel Can, sosial mediada paylaşdığı pozları ilə böyük bəyənmə alıb.

Ayşən Vəli