Oxumağa və istirahətə diqqət yetirmələri üçün TİK-TOK-dan YENİLİK

13 Avqust 2021 15:17 (UTC+04:00)

TikTok yeni dəyişikliklər edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, dəyişikliklər çərçivəsində 12-15 yaş arası istifadəçilər 21:00-dan sonra, 16-17 yaşlılar isə 22:00-dan sonra ani bildiriş almayacaqlar.

Bu dəyişikliklər gənc istifadəçilərin oxumağa və istirahətə diqqət yetirmələrinə və yuxuya getmələrinə kömək etmək məqsədi daşıyır.

TikTok-un açıqlamasında bunlar qeyd edilib: "Xüsusilə gənc istifadəçilərimizə müsbət rəqəmsal vərdişlər qurmağa kömək etməyi ümid edirik".