Ermənistan Azərbayacana qarşı elan olunmamış müharibəyə başlayıb ANALİTİK

13 Avqust 2021 13:06 (UTC+04:00)

Azərbaycanın sülhə məcburetmə əməliyyatlarına başlamaqdan başqa ayrı yolu qalmır

Üçtərəfli bəyanatın dördüncü bəndində bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etmələri barədə kifayət qədər aydın yazılıb. Həmin ərazilərdən ki, orada Rusiya Federasiyasının sülhməramlıları müvəqqəti olaraq yerləşdirilirlər. Lakin biz tamamilə əksini müşahidə edirik.

SİA xəbər verir ki, sözügedən analitik yazı ilə rusdilli “Karabaxskiy vestnik” teleqram kanalı çıxış edib.

Beləliklə, erməni silahlı qüvvələri Azərbaycanın ərazilərindən çıxarılmayıb və faktiki olaraq Rusiya SM müvəqqəti yerləşdikləri ərazilərdə erməni silahlılarına nəzarət etmirlər, belə ki, Ermənistan RF SM-ı ilə hesablaşmırlar və üçtərəfli razılaşmanın həyata keçirilməsindən imtina edirlər. Bir çoxları sual edirlər ki, bəs nəyə görə RF SM-ı heç nə etmirlər? Məgər onlar bunu və ya digərini etməli deyillərmi? Cavab “YOX”...

RF SM-ı kontingenti digər istənilən sülhməramlı kontingentləri kimi baş verənlərə müdaxilə edə bilməzlər. Sülhməramlı kontingentlər yalnız müşahidəçilik və humanitar missiyalarını həyata keçirirlər və yalnız özlərini, həmçinin dinc əhalini müdafiə edə bilərlər. Sülhməramlılar tərəflərdən heç birini seçə və onun cinahında döyüşə bilməz.

Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması faktları dəmir-beton qədər möhkəmdir və məhz:

1. Ermənistan silahlı qüvvələri nəinki Azərbaycanın ərazilərini tərk etməyiblər, eləcə də Ermənistan Azərbaycan ərazilərinə yenidən silahlar və canlı qüvvə göndərir, bu vasitə ilə üçtərəfli razılaşmanı pozur.

2. Rəsmi hakimiyyət dairələri bəyan ediblər ki, “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması üçün razılaşma yoxdur” və bununla nümayiş etdiriblər ki, onlar üçtərəfli razılaşmanın tələblərinə riayət etməyəcəklər və Azərbaycanın ərazilərini işğal etməkdə davam edəcəklər.

3. Ermənistan sülh sazişini imzalamaqdan imtina edib, erməni silahlı qüvvələri isə mütəmadi olaraq sərhədlərdə təxribatlar törətməklə Azərbaycanın mövqelərini atəşə tuturlar.

4. Ermənistan qismən səfərbərlik həyata keçirir. Bəs Azərbaycan necə addım atacaq? Sual ritorikdir, yəni bir ölkənin əraziləri digər ölkənin işğalına məruz qalarsa nə etməlidir? Azərbaycanın sülhə məcburetmə əməliyyatlarına başlamaqdan başqa ayrı yolu qalmır. Çoxları panikaya düşürlər və deyirlər ki, bu variant deyil, onlar Abxaziya hadisələrinə istinad edirlər ki, Rusiya həmin vaxt orada sülhə məcburetmə əməliyyatını keçirib. İlk baxışdan baxanda hadisələr bənzərdir, amma əslində, bu hadisələr müxtəlifdir.

Ydda saxlamaq lazımdır ki, bizim vəziyyətdə məhz Ermənistan üçtərəfli razılaşmanın icra olunmasından imtina edir və Azərbaycanın ərazilərini işğal etmək istəyir, Azərbaycan isə əksterror əməliyyatını apararaq qarşısında bir məqsəd qoyur - Ermənistanı sülhə məcbur etməyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə.

Onu da unutmaq olmaz ki, ortada Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi var. Azərbaycanın ərazi bütövlüyünə olan İstənilən təhlükə zamanı Türkiyə Azərbaycana ərazi bütövlüyünü təmin etmək üçün kömək edəcək (o cümlədən, hərbi cəhətdən). Necə düşünürsünüz, Rusiya hansını seçəcək? Azərbaycanla olan yaxşı nüfuzu və münasibətləri, yoxsa ki, Azərbaycanı əvəzsiz partnyor kimi itirməyi və ya pozulmuş nüfuzunu və böyuründəki NATO ordularını? Düşünürəm ki, cavabı aydındır.

Tərcümə etdi:

Rövşən RƏSULOV