Rusiyada koronavirusdan gündəlik ölüm sayı ən yüksək həddə çatıb

13 Avqust 2021 13:03 (UTC+04:00)

Rusiyada koronavirus pandemiyası dövründə infeksiyadan ölənlərin sayında ən yüksək göstərici qeydə alınıb.

SİA-nın məlumatına görə, ölkədə ötən sutka ərzində koronavirusdan 815 nəfər ölüb.

Son sutkada yoluxanların sayı isə 22 277 nəfər təşkil edib.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 6,55 milyon nəfəri ötüb. 168 864 nəfər həyatını itirib.