Türkiyədə daşqınlarda ölənlərin sayı 27-ə çatıb

13 Avqust 2021 10:41 (UTC+04:00)

Türkiyənin şimalında daşqınlar nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb.

SİA-nın məlumatına görə, Kastamonu vilayətində 25 nəfər həyatının itirib. Daha 2 nəfər Sinopda daşqının qurbanı olub.

Bundan başqa, Bartın vilayətində iki gün əvvəl itkin düşmüş şəxsin axtarışları davam edir.

Daşqın zonalarında 925 sakin təxliyə edilib. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.