Əfqanıstan Rusiyadan dəstək gözləyir XİN AÇIQLADI

12 Avqust 2021 21:48 (UTC+04:00)

Əfqanıstan Xarici İşlər naziri Hanif Atmar ölkəsinin Rusiyadan hərbi vertolyotlar almaq istədiyini bildirib. SİA xəbər ki, nazir bu barədə məlumatı Moskvada yayımlanan "Exo Moskvı" radiosuna bildirib. Onun sözlərinə görə, Əfqanıstan Rusiyadan hərbi vertolyotlar almağa hazırdır: “Bu mövzuda Rusiya hökumətinin cavabını gözləyirik. ABŞ və müttəfiqlərinin geri çəkilməsi ilə Taliban Əfqanıstanda nəzarət etdikləri əraziləri genişləndirib. Sərhəddə yerləşən qəsəbələrin Taliban qüvvələri tərəfindən ələ keçirilməsi Rusiyanın Orta Asiyadakı müttəfiqlərinin təhlükəsizliyi üçün ciddi təhlükələr yaradır”.

Qeyd edək ki, Rusiya Əfqanıstanla sərhədi olan müttəfiqi Tacikistana sərhədini gücləndirmək üçün həm hərbi, həm də maliyyə dəstəyi verir.