Güclü yağış səbəb ilə Ərzincanda sürüşmə meydana gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yolun kənarındakı dağdan gələn daş və palçıq istinad divarını yıxıb və Sivas yolu nəqliyyata bağlanıb. Xoşbəxtlikdən, nəqliyyat vasitəsi bu yerdən keçməyib. Bu mümkün bir fəlakətin qarşısını alıb. Yolun bağlanması səbəbindən nəqliyyat vasitələrinin uzun növbəsi yaranıb. Bağlı yolu yenidən açmaq üçün bölgəyə AFAD, xilasetmə qrupları göndərilib. Avtomobil yolunun açılması üçün işlər davam etdirilir.