Məşhurların üz tipinə görə günəş eynəyi modelləri - FOTOLAR

12 Avqust 2021 14:35 (UTC+04:00)

Özünüzə görə günəş eynəyi seçə bilmirsinizsə, bu xəbər sizin üçündür. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəngli eynəklər, şux, neon rənglər və enerjili dizaynlar 2021-ci ilin yay günəş gözlüyü modellərində ön plandadır.

Çağla Şıkeldən Demet Özdemirə, Dua Lipadan Miranda Kerrə qədər, məşhurların ən çox bəyəndikləri gözlük modellərini bir araya gətirdik. Üz tipinə görə gün eynəyi seçmək həmişə asan olmur. Həm trendə riayət etmək, həm də sizə uyğun olanı tapmaq üçün məşhurlardan ilham ala bilərsiniz.

Diqqət çəkən və təəccüblü gözlüklər 2021-ci ilin yay günəş eynəkləri trendlərində məşhurdur. Yaz kombinasiyalarının ən çox sevdiyi aksesuarlar olan günəş eynəyi modellərində yuvarlaq, beşbucaqlı, rəngarəng, bucaqlı və düz dizaynlara üstünlük verilir.

Ayşən Vəli