Azərbaycanın internet bazarında "Google Chrome" brauzerinin payı artmaqdadır

12 Avqust 2021 00:34 (UTC+04:00)

2021-ci ilin iyulunda Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı iyun ayı ilə müqayisədə 1,64 faiz artıb.

SİA bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 78,7 faiz təşkil edib.

“Safari” brauzerinin iyul ayında payı iyunla müqayisədə 1,67 faiz azalaraq 9,13 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0,22 faiz artaraq 5,15 faizə bərabər olub.

Eyni zamanda, iyul ayında “Opera” brauzerinin internet bazarında payı 0,19 faiz artaraq 3,53 faiz təşkil edib.

“Yandex Browser” brauzerinin payı 1,22 faiz, "Microsoft Edge"in payı 0,63 faiz təşkil edib.