"Çelsi"-"Villarreal" oyunu nə vaxtdır?

11 Avqust 2021 16:28 (UTC+04:00)

Çempionlar Liqasının çempionu "Çelsi" və Avropa Liqasının çempionu "Villarreal" UEFA Super Kubokunu muzeyinə aparmaq üçün üz-üzə gələcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali İrlandiyanın paytaxtı Belfastdakı Windsor Parkda üz -üzə gələcək. Koronavirus epidemiyası səbəbindən stadiona yalnız 13 min azarkeşin qəbul ediləcəyi matçı rusiyalı hakim Sergey Karasev idarə edəcək. "Çelsi" 1999-cu ildən bu yana ikinci dəfə, "Vilyarreal" isə ilk finalında ilk dəfə qələbə qazanmaq istəyir.

Super Kubok "Çelsi"-"Villarreal" matçı nə vaxt, hansı saat, hansı kanalda?

Bu gün saat 23:00 da baş tutacaq görüşü azərkeşlər CBC sport kanalından canlı yayım vasitəsi ilə izləyə bilərlər.

"Çelsi-Vilyarreal" finalından əvvəl mümkün 11-lər

"Çelsi": Mendy, Zouma, Thiago Silva, Rüdiger, James, Kante, Kovacic, Alonso, Havertz, Ziyech, Werner

"Villarreal": Asenjo, Foyth, Mandi, Albiol, Pedraza, Capoue, Trigueros, Gomez, Moreno, Pino, Alcacer

Chalobah, Loftus-Cheek, Ross Barkley, Davide Zappacosta və Tiemoue Bakayoko "Çelsi"nin heyətindən kənarlaşdırılıb. Zədəli Dani Parejo "Vilyarreal" ın heyətində yoxdur.

Ziya Hikmətoğlu