Yanğınların təxminən 50 faizi "cinayət mənşəlidir"

11 Avqust 2021 15:23 (UTC+04:00)

Əlcəzairin 17 əyalətində 100-dən çox yanğın hadisəsi qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Prezident Abdelmacid Tebboune Bejaia və Tizi Ouzou dağlarından 100-dən çox insanı xilas etməyi bacardıqlarını yazıb. Həmçinin şəhid olan əsgərlərə ehtiramını çatdırıb.

Daxili işlər naziri Kamel Beldjoud, yanğınların təxminən 50-nin "cinayət mənşəli" olduğunu deyib.