Abituriyentin əvəzinə imtahana başqası gəldi

11 Avqust 2021 15:16 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə bu gün keçirilən imtahanda abituriyentin əvəzinə başqa şəxs imtahana gəlib.

DİM-dən SİA-ya verilən məlumata görə, bundan əlavə 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət qulluğuna qəbul imtahanında isə 1 nəfərdə mobil telefon aşkar edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və müvafiq araşdırma aparılacaq.