Çempionlar Liqasının çütləri məlum olub

11 Avqust 2021 15:11 (UTC+04:00)

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütləri məlum olub. SİA-nın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Pley-off oynayacaq komandaların püşk atması baş tutub. Fransa təmsilçisi “Monako” Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə qarşılaşacaq. Üçüncü mərhələdə azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya”nı (Polşa) mübarizədən kənarlaşdıran Zaqreb “Dinamo”sunun pley-offdakı rəqibi Moldova “Şerif”i olacaq.

Pley-off mərhələsinin ilk oyunları avqustun 17-18-də, cavab görüşləri isə bu ayın 24-25-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off

Zalsburq (Avstriya) – Brondbü (Danimarka)

Yanq Boyz (İsveçrə) – Ferentsvaroş (Macarıstan)

Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan)
Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya)
Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna)
Benfika (Portuqaliya) – PSV (Niderland)

Ziya Hikmətoğlu