Şimali Koreyadan bu ölkələrə xəbərdarlıq

11 Avqust 2021 15:02 (UTC+04:00)

Şimali Koreyanın ABŞ və Cənubi Koreyaya xəbərdarlığı dünya gündəminə bomba kimi düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yüksək vəzifəli rəsmi Kim Yong Chol Cənubi Koreyanın xəbərdarlıqlara baxmayaraq ABŞ-la hərbi təlimlərə davam etməsini qınayıb və Güneyə xəbərdarlıq edib.

Kim Cənubi Koreyanın öz seçimləri nəticəsində "daha ciddi bir təhlükəsizlik təhdidi" ilə üzləşəcəyini deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price birgə təlimlərin "sırf müdafiə" xarakterli olduğunu açıqlamasında vurğulayıb.