Sloveniyalı basketbolçu Luka Donçiç, "Dallas Mavericks" ilə 207 milyon dollarlıq 5 illik yeni müqavilə imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Doncic imzaladığı müqavilə ilə yəni, 200 milyon dollarlıq müqaviləyə imza atan ən basketbolçu olaraq tarixə keçib. Sloveniyalı ulduz "Dallas"la 5 illik müqavilə imzalayıb. 22 yaşlı basketbolçunun 5 il ərzində 207 milyon dollar qazanacağı öyrənilib.
Yeni müqavilə ilə bağlı Donçiç, "Xəyalım gerçəkləşdi. "Dallas Mavericks"in bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Məni sevən və dəstəkləyən hər kəsə çox təşəkkür edirəm" dedi.
Donçiç son olaraq Sloveniya Milli Komandası ilə Olimpiya Oyunlarında yarımfinala yüksəlib.
Ziya Hikmətoğlu