6-12 aya başqa variantların ortaya çıxması mümkündür

11 Avqust 2021 15:18 (UTC+04:00)

Alman BionTech biotexnologiya şirkətinin baş direktoru Prof. Dr.Uğur Şahin Hazırladıqları peyvəndin mövcud variantlara qarşı qoruyucu olduğunu və yeniləməyə ehtiyac olmadığını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, önümüzdəki 6-12 ay ərzində başqa variantların ortaya çıxması mümkündür və bu halda peyvəndi yeni variantlara uyğunlaşdırmaq lazımdır, lakin hazırda bu lazım deyil deyən Prof. Dr.Uğur Şahin: "Yeni bir variantın üstünlük təşkil etməsi vəziyyətində, indi veriləcək yeniləmə qərarının 3-6 ay ərzində səhv olduğu anlaşıla bilər" deyib. BionTech və Pfizer, hazırkı peyvəndin üçüncü doza tətbiqinin Delta da daxil olmaqla indiyə qədər sınaqdan keçirilmiş bütün variantlara qarşı maksimum qorumaya malik olduğuna inanır.