Erməni blogerdən qarabağlı “mujiklərlə” bağlı şok faktlar DƏHŞƏT!

11 Avqust 2021 14:01 (UTC+04:00)

Roman Baqdasaryan: “Dodaq boyası sürtərək qadın pariklərində və arvad paltarlarında qaçıblar, parçalanmış cəsədlərin altında gizlənərək, müharibə meydanını tərk ediblər”

Ermənistanda yaşayan və fəaliyyət göstərən tanınmış erməni videoblogeri Roman Baqdasaryanın Qarabağda baş vermiş 44 günlük müharibə ilə bağlı şok doğuracaq faktları ifşa etməsi istər İrəvandakı, istərsə də Xankəndidəki ermənilərin gündəmlərini kökündən dəyişə bilər. Artıq Romanın YouTube sosial şəbəkəsi vasitəsi ilə həmin faktları ictimailəşdirməsi, sözün əsl mənasında, qarşı tərəfləri bir-birinə qatıb.

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələrindən fərarilik edənlərin haqqında da müxtəlif sübutlar, dəlillər mövcuddur. Xüsusilə, erməni məhkəmələrində bu xüsusda yüzlərlə iş istintaqa verilib, yüksək rütbəli zabitlərin əksəriyyəti savaş meydanından qaçdıqlarına, bölük və tağımlarını ataraq öz canlarını qurtarmalarına, əsgərlərini isə ölümün ağzına atmalarına görə azadlıqdan məhrum olunmaqdadırlar.

Erməni bloger: “Məgər Paşinyan sizin kişilərin arvad paltarlarında və pariklərində tutulmalarına görə də günahkardır?”

Beləliklə, keçək Baqdasaryanın irəli sürdüyü faktlara. SİTAT: “Deməli belə, sizə bildirərəm ki, Sünik (Zəngəzur) sakinləri 11 nəfər qarabağlı kişiləri tutublar. Onlar qadın parikləri və arvad paltarlarında, süni şişirdilmiş sinələrdə olublar. Biz Sünikə olarkən, həmin hadisəni danışıblar. Bu həmin qarabağlılar üçündür ki, onlar bütün günahları Paşinyanda görürlər. Məgər Paşinyan sizin kişilərin arvad paltarlarında və pariklərində tutulmalarına görə də günahkardır? Qarabağ sakinlərinə məlumat verirəm ki, bizdə bu olayla bağlı mövcud olan 11 fotodan 3-ü var. Həmin 3 kişidən parikləri çıxarıblar və onların həm parikli, həm də pariksiz halda şəkillərini çəkiblər”.

Baqdasaryan: “Bu həqiqəti bütün Sünik (Zəngəzur) əhalisi bilir”

Roman Baqdasaryan Qarabağ ermənilərinə səslənərək sual edib ki, məgər bu fakta görə həmin kişiləri tənbeh etmək istəmirlər?

“Cənab qarabağlılar, siz öz kişilərinizi tənbeh etmək istəmirsiniz? Həmin 11 kişini ki, dodaq boyası sürtərək, Qarabağdan qaçıblar. Növbəti məsələ barədə də Qarabağ ermənilərinə məlumat verirəm ki, bir çox qarabağlı “mujiklər” əsgər meyitləri, cəsədləri ilə dolu olan maşınlara çıxaraq, parçalanmış, dağılmış cəsəd torbalarının altında gizlənərək döyüş ərazilərindən qaçıblar”, deyən Roman bu barədə digər blogerlərin də xəbərdar olduqlarını deyib. Onlara bu məsələni Gorusda meyit yükləyən insanlar danışıblar.

“Bu həqiqəti isə bütün Sünik (Zəngəzur) əhalisi bilir”, deyə o bildirib.

“Xankəndinin qızları Rusiya SM-rının ərazilərində fahişəliklə məşğuldurlar”

“Məni hədəfə alan qarabağlı ermənilər bunun yerinə öz qardaşlarınızı və atalarınızı gedib sorğulayın ki, nəyə görə meyitlərin altında gizlənərək müharibə meydanlarını tərk edib-qaçıblar, fərarilik ediblər”, deyən erməni blogeri bir daha qeyd edib ki, əgər ona qarşı ittihamlar səngiməzsə, 11 fotodan 3 ədədini ictimailəşdirə bilər.

Baqdasaryan fikirlərinin sonunda Xankəndidəki qızların Rusiya sülhməramlılarının nəzarətləri altındakı ərazilərdə fahişəliklə məşğul olduqlarını da deyib və bu haqda da əlində faktların olduğunu bildirib.

Rövşən RƏSULOV