Azərbaycanın Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etmiş Ermənistan silahlı qüvvələri üzərində qələbəsində böyük payı olan Türkiyə SİHA-ları barədə aylardır bütün dünya mətbuatında təhlillər aparılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ mətbuatında dərc olunan "Türkiyənin hərbi sahədə texnoloji uğurları yeni nəsil müharibələrinin gedişatını da dəyişəcək" fikirləri siyasi dairələrdə ajiotaja səbəb olub
Qardaş ölkənin sarsılmaz bir regional gücə çevrildiyini ifadə edən Amerika mətbuatında dərc olunan yazılar və təhlillər ABŞ-da narahatlıq yaradıb.