Qəfil ürək tutması və infarkt hadisələrində 25% artım var

11 Avqust 2021 10:52 (UTC+04:00)

Əhalisinin əksəriyyətini vaksinasiyadan keçirmiş İsraildə hadisələrin və ölümlərin sayı artır. Belə bir vaxtda gündəmə yeni hesabat bomba kimi düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Massachusetts Texnologiya İnstitutunun (MIT) professoru Restef Levinin araşdırması olan hesabatda, İsraildə infarkt hadisələrinin başladığı bildirilib. Hesabatda deyilir ki, koronavirus peyvəndləri ilə əlaqəli 16-29 yaş arasındakı insanlarda qəfil ürək tutması və infarkt hadisələrində 25% artım var. Gənclərdə infarkt hadisələrində böyük bir artım olsa da, 40 yaşdan yuxarılarda daha aşağı səviyyədə görülüb. 20-29 yaş arası qadınlar arasında infarkt keçirtmə riskinin 83,6% artım göstərdiyi müəyyən edilsə də, bu artım 30-39 yaş arası qadınlarda 53 faizdir. Bu hallara kişilərdə qadınlara nisbətən daha az rast gəlinir. Professor Levi araşdırmasının 2019-2021-ci illəri əhatə etdiyi bildirilsə də, vaksinasiya dövründə infarkt hadisələrinin həddindən artıq sıxlığının olduğu vurğulanıb və daha ətraflı araşdırmanın aparılmasının vacibliyi qeyd olunub. Məruzədə miokardit riskinə işarə edən Prof. Levi bu vəziyyətin narahat verici olduğunu qeyd edib.