ABŞ ənənəvi aviasiya yanacağından istifadəni dayandırmaq niyyətindədir

11 Avqust 2021 07:48 (UTC+04:00)

ABŞ ənənəvi aviasiya yanacağından istifadəni dayandırmaq niyyətindədir.

SİA "Reuters"ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası bunun reallaşdırılması üçün 2050-ci ilə qədər vaxt təyin etmək imkanını nəzərdən keçirir.

Məlumata əsasən, bu addım iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atılır. ABŞ ümid edir ki, 2050-ci ildən sonra aviaşirkətlər yalnız bərpa olunan mənbələrdən hazırlanan yanacaqdan istifadə edəcəklər.

Qeyd edilir ki, bununla bağlı müzakirələr hələ ilkin mərhələdədir.

Digər təfərrüatlar barədə məlumat verilmir.