Superkubokun qalibi bəlli oldu

10 Avqust 2021 15:54 (UTC+04:00)

İngiltərə superkubokunun qalibi məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, həlledici oyunda “Lester” və “Mançester Siti” üz-üzə gəliblər.

Görüş “Lester”in minimal hesablı qələbəsiylə başa çatıb. Matçda yeganə qolu 89-cu dəqiqədə Keleçi İheanaço penaltidən vurub.