Azərbaycan hərbçiləri Türkiyədə təlimlər keçir FOTO

10 Avqust 2021 15:51 (UTC+04:00)

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimlərdə iştirak edir.

SİA xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında məlumat yayıb.

“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir", - məlumatda qeyd edilib.