İspaniyanın “Vilyarreal” klubu hücumçusu Hayssem Hassanla yollarını ayırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi 19 yaşlı forvardı “Mirandes”ə icarəyə verib.
Fransalı futbolçu 2021/22 mövsümünün sonuna kimi Sequnda təmsilçisinin uğurları üçün çalışacaq. Hassan Fransanın “Şatoru” klubunun yetirməsidir. Peşəkar karyerasına da bu klubda başlamış futbolçu 2020-ci ildən “Vilyarreal”dadır.
Ziya Hikmətoğlu