Ötən mövsümün flaş komandalarından olan "Fatih Karagümrük", bu il liqada üst sıralarda olmağı hədəfləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Qalatasaray"dan ayrılan Ryan Donka klub müqavilə təklifi göndərib.
2013-cü ildən bəri Türkiyədə oynayan Surinamlı müdafiəçi üçün ilk görüşü edən "Qırmızı-qaralar" ın müsbət cavab aldığı öyrənilib. 8 ildir İstanbul komandalarında oynayan 35 yaşlı müdafiəçi şəhəri tərk etmək istəmədiyi üçün "Karagümrük"ə transfer olmağa müsbət baxır. "Qalatasaray"dan əvvəl "Kasımpaşa"da oynayan Donkun Türkiyədəki üçüncü ünvanı "Karagümrük" olacaq.
Ziya Hikmətoğlu