“Bilirsiniz, Ermənistanın güc aldığı ölkə Rusiya, ümid bəslədiyi isə KTMT-dir. Ermənistan həm də erməni diasporundan və erməniyə dost olan digər dövlətlərdən güc alır. Amma Azərbaycanın da dost ölkələri var. Həmçinin, Rusiyanın Azərbaycan və Ermənistan qarşısına götürdüyü öhdəlik var. Ona görə də mən düşünürəm ki, Azərbaycan qorxmadan, çəkinmədən doğru bildiyini etməlidir. Bu günə qədər edib və bundan sonra da etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, əgər Ermənistan bir güllə atacaqsa, Azərbaycan beş güllə atmalıdır və onların atəş nöqtələrini məhv etməlidir: “Bu nöqtələr istər Ermənistanın sərhəd ərazilərində, istərsə də İrəvanda yerləşsin, heç bir dəxli olmamalıdır. Çünki Azərbaycan öz sərhədlərini qorumaq üçün bu addımı atır”.
Deputat sözlərinə belə davam edib: “Ermənistanın yeni müdafiə nazirinin nə sərsəmləməsindən asılı olmayaraq biz daha müdrik davranaraq doğru bildiyimizi etməli və ermənilər Azərbaycanın ərazisinə bir qarış atacaqlarsa, mütləq şəkildə başlarına bomba yağmalıdır və Azərbaycan bir qarış sərhədini belə onlara güzəştə getməməlidir. Bugün əgər Azərbaycanın Ermənistanla təyin olunmuş sərhədindən bir qarış onlar buradadırsa onları silah gücünə qovub oradan rədd etməlidir. Çünki biz həmişə onlara güzəşt etmişik və güzəşt etdikcə uduzmuşuq. Güzəşt etdikcə özümüz məğluba çevrilmişik. Ona görə heç bir güzəştə yol vermək olmaz”.
Ayşən Vəli