"Fenty x Beauty" kosmetik markası ilə milyarder olan müğənni Rihanna məhsul çeşidini genişləndirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, öz markası üçün ətirlər də istehsal edir.
Digər tərəfdən, Rihanna məhsullarında istifadə olunan mika mineralına görə uşaq əməyini təmin etməkdə günahlandırılır. Bu mineralın çıxarılması üçün qeyri-insani şəraitdə uşaq əməyi qanunsuz olaraq istifadə olunur. Hindistanda uşaqlar üçün çalışan bir qeyri-hökumət təşkilatı Rihannadan şirkətinin uşaq istismarı üçün bir vasitə olmadığını sübut etməsini istəyib.
Ayşən Vəli