"Qlazqo Reyncers" "Fənərvaxça"dan Osayi Samueli transfer siyahısına daxil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Qlazqo Reyncers" 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
"Reyncers" türk klubuna 1 illik icarə və gələn mövsüm üçün məcburi transfer haqqı təklif edib. Tərəflər arasında danışıqlar davam edir.
Ziya Hikmətoğlu