Xaricdə yaşayan iş adamı Efe Önbilgin Deniz Akkayanı 11 yaşındakı qızlarının bikinili şəkillərini paylaşdığı üçün məhkəməyə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın uşaq şəkillərini ticarət və reklam məqsədi ilə istifadə etdiyini iddia edən Efe Önbilgin, həmin şəkillərin sosial mediadan silinməsini tələb edib. Məhkəmə Önbilgin'in tələbini rədd edib və Deniz Akkayanın fotoşəkillərdən istifadə edə biləcəyinə qərar verib. Qərardan sonra Önbilgin Apellyasiya Məhkəməsinə müraciət edib. Beləliklə, iş yenidən başlayıb.
İş adamı Efe Önbilgin məhkəmini uduzub. Önbilgin qərarı Apellyasiya Məhkəməsinə kimi aparıb. Məhkəmə işə yenidən baxılmasına qərar verib. İstanbul Ailə Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Önbilgin, Akkaya ilə münasibətlərindən 2009-cu ildə Ayşe adlı bir uşağı olduğunu bildirib. Münasibətləri bitdikdən sonra hüquqi prosesin bir -birlərinə qarşı açılan iddialarla davam etdiyini və qəyyumluğuna malik olmasa da, uşağın inkişafında söz sahibi olmaq hüququna malik olduğunu ifadə edib.
Önbilgin, "İnstaqram"da bir milyon izləyicisi olan Akkayanın şirkətin reklamlarında qızlarını ticari məqsədlər üçün bikinidə istifadə etdiyini iddia edib. Kiçik qızın bikinili şəkillərini sosial mediada açıq şəkildə yayımladığını iddia edən Önbilgin, bu fotolara reaksiya verilməsini və uşaqların xeyrinə olaraq sosial mediada şəkillərinin istifadəsinin dayandırılmasını tələb edib.
Ayşən Vəli